AZ

Qubada "Mələklərin fəryadı" adlı qobelen sərgisi açılacaq

Quba, 27 mart, Elxan Yusifli, AZƏRTAC

Quba Soyqırımı Memorial Kompleksində Əməkdar rəssam Adil Şıxəliyevin "Mələklərin fəryadı" adlı qobelen sərgisi açılacaq.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, martın 29-dan etibarən açılacaq sərgi 1918-ci ildə azərbaycanlılara qarşı törədilmiş soyqırımların 107-ci ildönümünə həsr olunacaq.

Sərgi Mədəniyyət Nazirliyi, Quba Rayon İcra Hakimiyyəti və Quba Soyqırımı Memorial Kompleksi tərəfindən birgə təşkil edilir. Sərgilənən əsərlər, xüsusilə 1918-ci ildə baş verən Quba soyqırımına həsr olunmuş "Mələklərin fəryadı" adlı qobelen faciənin dərin təsirini izləyicilərə çatdırır. Sərgi tarixin unudulmaması və faciə qurbanlarının xatirəsinin yaşadılması məqsədi daşıyır.

Seçilən
65
2
azertag.az

3Mənbələr