“Starlink” rəsmi olaraq Ermənistandadır.
Axar.az xəbər verir ki, bu sözləri Ermənistanın yüksək texnologiyalar sənayesi naziri Mxitar Ayrapetyan sosial şəbəkə hesabında yazıb.
O bildirib ki, şəhərlərdən ən ucqar kəndlərə və əlçatmaz rayonlara sürətli və etibarlı peyk interneti təmin edən “Starlink” xidmətlərinin artıq Ermənistanda mövcud olduğunu elan etməkdən məmnundur:
“Ermənistanda yeni nəsil internet artıq mövcuddur”.