Bu həftəsonu Türkiyə Super Liqasında "Beşiktaş" "Qalatasaray"ı qəbul edəcək.
Offsideplus.az xəbər verir ki, bu matç iki komandanın baş məşqçisi - Ole-Qunnar Sulşer ilə Okan Buruk 3-cü dueli olacaq.
Onlar daha öncə Çempionlar Liqasında Sulşer "Mançester Yunayted"in çalışdırıcısı ikən türkiyəli çalışdırıcı isə "Başakşahər"də işləyərkən qarşılaşmışdılar. Tərəflər hərəyə bir qələbə qazanmışdı.
Bu görüş norveçli mütəxəssisin "Beşiktaş"ın baş məşqçisi kimi ilk derbisi olacaq.
O. Buruk dövründə "Qalatasaray" "qara qartal" ilə oyunlarda 4 qələbə qazanıb və yalnız 1 dəfə məğlub olub.
Qarşılaşma martın 29-u Bakı vaxtıyla saat 21:30-da start götürəcək.