AZ

Millimizdən tarixi nəticə

style='margin-bottom:10px;'>

Azərbaycanın 19 yaşadək futzalçılardan ibarət millisi bu gün Avropa çempionatının əsas mərhələsində 2-ci oyununu keçirib.

QOL.az xəbər verir ki, komanda Xorvatiyanın müvafiq yaş qrupuna aid komandası ilə qarşılaşıb. 

Qrupun favoritlərindən sayılan xorvatlar 3-cü dəqiqədə hesabı açsa da, futzalçılarımız fasiləyə üstün yollanmağı bacarıb. 7-ci dəqiqədə Fariz Hüseynov tablodakı rəqəmləri bərabərləşdirib. 10 dəqiqə sonra Ədalət Ələkbərov millimizi hesabda önə keçirib.  27-ci dəqiqədə yığmamız meydanda azlıqda qaldı. Abdulov rəqib hücumun qarşısını alan zaman cərimə meydanından kənarda topu əli ilə qaytarıb və qırmızı vərəqə ilə cəzalandırılıb. 35-ci dəqiqədə hesab yenidən bərabərləşib.  Meydan sahibləri sona 12 saniyə qalmış qələbə topunu vurublar. Lakin sona qədər mübarizəni davam etdirən futzalçılarımız son saniyə qolu ilə tarixi nəticə qazanıblar. 

Belə ki, bu, Azərbaycan U-19 yığmasının əsas mərhələdə qazandığı ilk xaldır. Millimiz qrupda son oyununu martın 29-da Türkiyə yığmasına qarşı keçirəcək. Görüş Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.

Qeyd edək ki, Azərbaycan yığması ötən gün Bosniya və Herseqovinaya 2:10 hesabı ilə uduzub.

20:00. Xorvatiya - Azərbaycan - 3:3

Qollar: Leon Ferençek, 2:48, 34:24, İvan Posaveç, 39:48 // Fariz Hüseynov, 6:56, Ədalət Ələkbərov, 16:11, 39:59

Qırmızı vərəqə: Hüseyn Abdulov, 26:02

Hakimlər: Liviu Dumitru Çita (Rumıniya), Filipa Prata (Portuqaliya), Rastislav Behancin (Slovakiya)

Omiş. Ribnjak İdman Sarayı.

Seçilən
34
teleqraf.com

1Mənbələr