Bu gün Azərbaycan 1-ci Liqasında 19-cu tur start götürüb.
Fanat.Az xəbər verir ki, 3-cü dövrənin ilk oyun günündə 3 görüş reallaşıb.
"Zaqatala" - "Qaradağ Lökbatan" matçı qolsuz, "Karvan" - "Baku Sporting" qollu bərabərliklə yekunlaşıb. "Difai" isə MOİK-i yenib.
27 mart (cümə axşamı)
“Zaqatala” – “Qaradağ Lökbatan” - 0:0
Hakimlər: Mahmud Bağırzadə, Elmin Süleymanov, Elman Kərimov, İslam Məmmədov
Zaqatala OİK stadionu
MOİK – “Difai” 1:3
Qollar: C.Tağıyev, 90+1 - C.Kamta, 3, M.Alfa, 38, F.Kərimzadə, 90+3
Hakimlər: Elvin Bayramov, Rəhman Aslanov, Zakir Şükürzadə, Alik Yunusov
Binə qəsəbə stadionu
“Karvan” – “Baku Sporting” 1:1
Qollar: E.Morqan, 76-pen. - L.Stevanoviç, 57
Hakimlər: Nicat İsmayıllı, Qəzənfər Məmmədov, Taleh Məmmədov, Emin Əliyev
Yevlax şəhər stadionu
28 mart (cümə)
15:30. “İmişli” – “Cəbrayıl”
16:00. “Qəbələ” – “Mingəçevir”