AZ

Kanadanın baş naziri yaxın iki gün ərzində Trampla telefon danışığı aparacaq

Bakı. Trend:

Kanadanın baş naziri Mark Karni tariflərlə bağlı yaxın iki günərzində ABŞ prezidenti Donald Trampla telefon danışığı etməyiplanlaşdırdığını bildirib.

Trend-in məlumatına görə, bu barədə Mark Karni mətbuat konfransızamanı deyib.

Onun sözlərinə görə, telefon danışığı “bir-iki gün sonra” baştutacaq.

"Mən işçilərimizi necə qoruya biləcəyimizi və iqtisadiyyatımızınecə qura biləcəyimizi müzakirə etmək fürsətini yüksəkqiymətləndirirəm. Mən Prezidentə aydınlaşdıracağam ki, bu maraqlaraən yaxşı şəkildə əməkdaşlıq və qarşılıqlı hörmət, o cümlədənsuverenliyimizə hörmət xidmət edir", - deyə Kanada baş naziri qeydedib.

ABŞ-nin tarifləri qüvvəyə minərsə, Ottavanın necə cavab verəcəyiilə bağlı suala M.Karni belə cavab verib: "Bu, danışıqlardır.Kartları masanın üstünə qoyub, gələcəkdə nə edəcəyinizi söyləməyinmənası yoxdur".

M.Karni əlavə edib ki, o, D.Trampın amerikalı fəhlələridəstəkləmək istəyini başa düşür və ona hörmət edir, lakin Kanadanızəiflətmək üçün hər hansı cəhdi rədd edir.

Seçilən
181
az.trend.az

1Mənbələr