Bakı, 28 mart, AZƏRTAC
Niderlandda naməlum şəxs sakinlərə bıçaqla hücum edib.
AZƏRTAC NOS televizyasına istinadən xəbər verir ki, hadisə Amsterdam şəhərində qeydə alınıb. Bildirilib ki, hücum nəticəsində bir neçə nəfər yaralanıb.
Hadisə Dam meydanı yaxınlığında baş verib. Əlavə məlumat verilməyib.