Transkarpat macarlarının hüquqlarının pozulması ilə bağlı vəziyyət həll olunmayana qədər Macarıstan Ukraynanın Aİ-yə inteqrasiyası prosesinə dəstək verə bilməyəcək.
APA bunu ölkənin xarici işlər və xarici iqtisadi əlaqələr naziri Peter Siyarto bildirib.
O qeyd edib ki, son on ildə Budapeşt Kiyevdən çoxlu vədlər alıb, lakin bu vədlərin icrası təmin edilməyib.