AZ

ABŞ ilə faydalı qazıntılar üzrə sazişi Ukraynanın Aİ-yə daxil olmaq istəklərinə əngəl yaradır

Bakı. Trend:

Ukraynanın ABŞ-la faydalı qazıntılar üzrə sazişi bu ölkəninAvropa İttifaqına (Aİ) daxil olmaq istəklərinə əngəl yaradır.

Trend-in məlumatına görə, bu barədə “Bloomberg” məlumatyayıb.

Bildirilib ki, ABŞ administrasiyası yenidən işlənmiş sazişçərçivəsində bütün infrastruktur və resurs layihələrinəinvestisiyalar üçün “ilk təklif hüququ” tələb edir. ABŞ sərmayəsiözünü ödəyənə qədər bütün mənfəətdən əlavə illik 4% almaq hüququnamalik olacaq. Ukraynanın ABŞ-ın strateji rəqibləri sayılan ölkələrəresursları satması qadağan ediləcək. Xatırladaq ki, sazişin ABŞ-ınUkrayna üçün təhlükəsizlik zəmanətlərini dəstəklədiyini vurğulanır.Ukrayna dövlətin nəzarətində olan təbii sərvətlərdən əldə etdiyigəlirin 50 faizini ABŞ-la birgə fonda köçürəcək. Mövcud mədənsahələri, qurğular və lisenziyalar müqavilə çərçivəsində nəzərəalınmayacaq.

Sazişin ötən ay Ukrayna Prezidenti Volodimir Zelenskinin ABŞ-asəfəri zamanı imzalanacağı planlaşdırılırdı. Lakin Prezident DonaldTramp və vitse-prezident Ceyms Devid Vans ilə gərgin görüşündənsonra imzalanma təxirə düşüb.

Seçilən
128
6
az.trend.az

2Mənbələr