Ermənistanın baş naziri Nikol Paşinyan sosial şəbəkədəki səhifəsində amerikalı milyarder İlon Maskın sahibi olduğu “SpaceX” şirkətinə məxsus olan və etibarlı peyk interneti təmin edən "Starlink" xidmətlərinin Ermənistanda mövcudluğu ilə bağlı müraciət edib.
Moderator.az xəbər verir ki, bu haqda "Armtimes" nəşri məlumat yayıb.
“Starlink peyk interneti artıq Ermənistanda mövcuddur. "Starlink" abunəçiləri dünya və təbiətlə birbaşa təmasda olmaqla, bütün Ermənistan Respublikasında, təbiət qoynunda, dağlarda, tarlalarda və meşələrdə öz işlərini təşkil edə bilərlər”, - deyə erməni Baş nazir yazıb.
Xatırladaq ki, dünən axşam saatlarında Ermənistanın nəqliyyat və infrastruktur naziri Mxitar Ayrapetyan artıq "STARLINK" xidmətlərinin ölkədə mövcud olması, şəhərlərdən ən ucqar kəndlərə və əlçatmaz rayonlara sürətli, etibarlı peyk interneti təmin etməsi haqda məlumat vermişdi.
S.Laçın