AZ

ABŞ Ukraynanın bütün resurslarna nəzarəti ələ keçirmək istəyir – Financial Times

Martın 23-də Kiyevə daxil olan ABŞ-Ukrayna mineral sövdələşmənin yeni layihəsi Vaşinqtondan Ukraynanın mineral ehtiyatları və enerji aktivlərinə nəzarət üçün daha aqressiv tələbləri ehtiva edir. Lakin sənəddə heç bir təhlükəsizlik zəmanəti yoxdur.

Herbiand.az xəbər verir ki, bu barədə Financial Times qəzeti və Bloomberg agentliyi məlumat yayıb. Hər iki KİV qeyd edir ki, onların redaksiyaları müqavilə layihəsini nəzərdən keçirə bilib.

Müqavilə Ukraynanın bütün mineral ehtiyatlarına, o cümlədən neft və qaza, eləcə də ölkənin bütün əsas enerji resurslarına şamil edilməlidir. Financial Times  yazır ki, saziş həmçinin yollar, dəmir yolları, boru kəmərləri, limanlar və emal zavodları kimi təbii ehtiyatların istismarı ilə əlaqəli infrastrukturu da əhatə edir.

Nəşrin yazdığına görə, müvafiq layihələrdən daxil olan vəsaitlər xarici valyutaya çevrilərək xaricə göndərilməlidir və gecikmələr və ya mübahisələr zamanı kompensasiyanın ödənilməsinə Ukrayna məsuliyyət daşıyacaq. Ukraynanın neft, qaz və faydalı qazıntıların çıxarılması layihələrindən əldə olunan gəlirlər xüsusi investisiya fondu tərəfindən iki ölkə arasında bölünəcək.

Eyni zamanda ABŞ ona ötürülən mənfəəti birinci olaraq alacaq və infrastruktur layihələrinə üstünlük hüquqlarını, habelə resursların üçüncü tərəflərə satışına veto qoymaq hüququnu özündə saxlayacaq.

Bloomberg aydınlaşdırır ki, müqavilə layihəsinə əsasən, investisiya fonduna Amerika İnkişaf Maliyyə Korporasiyası (DFC) nəzarət etməlidir. O, direktorlar şurasının beş üzvündən üçünü təyin edəcək və “qızıl pay”la müəyyən qərarların qəbuluna mane olmaq hüququna malik olacaq. “Ukrayna daha iki nəfəri (idarə heyətinin üzvləri – red.) təyin edəcək və fondun gündəlik idarəçiliyinə qarışa bilməyəcək”.

Seçilən
59
herbiand.az

1Mənbələr