AZ

Maqadan vilayətində qar uçqununun baş verdiyi aşırımdan iki turist təxliyə edilib

Rusiyanın Maqadan vilayətindəki aşırımda qar uçqunu altında qalan iki turist Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşları tərəfindən təxliyə edilib.

“Report” Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.

Sağ qalan turistlər FHN əməkdaşları tərəfindən səhər saat 5-də aşkar edilib.

Onlar FHN-in “Mi-8” helikopteri ilə xəstəxanaya aparılacaqlar.

Xəbər verildiyi kimi, Maqadan vilayətində turistlərdən ibarət qrupun qar uçqununa düşməsi nəticəsində dörd nəfər həlak olub, bir nəfər xəsarət alıb.

Seçilən
68
report.az

1Mənbələr