''Football-plus.az'' xəbər verir ki, həmin tarixdən bu yana hələ də Türkiyə futbolunda heç bir əcnəbi mütəxəssis çempionluq sevinci yaşamayıb.
Həmin uğurdan sonra Özbəkistanda ''Bunyodkor'' və Rusiyada ÇSKA ilə də çempionluqlar yaşayan 72 yaşlı Ziko bunları deyib:
''Mənim üçün dünyanın ən çılğın fanatları ''Fənərbaxça'' fanatlarıdı. Eyni zamanda ''Fənərbaxça'' ilə ''Qalatasaray''ın oyunu dünyanın ən çılğın derbisidi. Ordakı insanlar həqiqətən də fanatikdilər. ''Flamenqo'' - ''Vasko da Qama'' derbisindən daha çılğın keçir. Hətta Braziliyanın ən böyük rəqabəti sayılan ''Qremio'' -''İnternasyonal''dan da çılğın və sərt keçir. Türkiyədə işləmək çox çətindi. ''Fənərbaxça''nın başında derbiləri qazandığım və 100 illik yubileydə çempion ola bildiyimiz üçün çox sevincliyəm. Hər oyunda qalib gəlmək məcburiyyətində idim. Başqan müqaviləmə çempion olmayacağım təqdirdə qovulacağımla bağlı maddə əlavə etmişdi. Mən də ona ''istədiyin qədər maddələr sala bilərsən, onsuz da çempion olacağıq'' dedim. Biz çempion olduq və prezident daha bir il mənə dözməli oldu''.