AZ

Kanadanın baş naziri ABŞ-la münasibətlərin kursunu dəyişdiyini açıqlayıb

Baş nazir Mark Karni Kanadanın ABŞ-ın proteksionizmi qarşısında iqtisadi strategiyasını kökündən dəyişməyə hazırlaşdığını və Amerika ilə köhnə münasibətlər dövrünün bitdiyini bildirib.

Editor.az bu barədə CBC-ə istinadla məlumat yayıb.

O, Ottavanın ABŞ bazarından iqtisadi asılılığını azaltmağı və həmçinin ticarətini dünyanın digər hissələrinə yönəltməyi planlaşdırdığını vurğulayıb.

Karni əlavə edib ki, Kanada hökuməti ölkə daxilində müstəqil təchizat şəbəkələri yaratmağa başlayıb. Ottava həmçinin avtomobil sənayesi və ABŞ Prezidenti Donald Trampın tarifləri ilə təhdid edilən digər sektorlar üçün təchizat zəncirini inkişaf etdirməyi öhdəsinə götürüb.

Qeyd edək ki, Ağ Evin prezidenti bir gün əvvəl ABŞ-ın ölkədən kənarda yığılan bütün avtomobillərə 25% gömrük rüsumu tətbiq edəcəyini açıqlamışdı. ABŞ prezidenti əlavə edib ki, gömrük rüsumlarının tətbiqi ilə bağlı fərmanın bu gün imzalanması planlaşdırılır və qərar aprelin 2-dən qüvvəyə minəcək və növbəti gün yığıma başlanacaq.

//Gülnarə Abasova, Editor.az

Seçilən
160
50
editor.az

10Mənbələr