AZ

Putinin Qrenlandiya açıqlaması: ABŞ-ın ciddi planları var

Rusiya prezidenti Vladimir Putin Murmansk şəhərində keçirilən Beynəlxalq Arktika Forumunda çıxış edib.

Publika.az xəbər verir ki, Putin Qərb ölkələrinin Rusiyaya qarşı münasibəti səbəbindən Arktikada əməkdaşlıq imkanlarının zədələndiyini bildirib.

“Rusiya Arktika bölgəsində heç kimi təhdid etmir, lakin orada öz suverenliyini qorumağa hazırdır”, - deyə o söyləyib.

Putin Arktika bölgəsində dost ölkələrlə ortaq layihələr inkişaf etdirmək istədiklərini və qapılarının Qərb ölkələrinə açıq olduğunu qeyd edib.

Prezident ABŞ-ın Qrenlandiya məsələsində atdığı son addımları da dəyərləndirib: "Bu planlar uzun müddətdir davam edən tarixi köklərə sahibdir. Aydındır ki, ABŞ Arktika bölgəsindəki geostrateji, hərbi, siyasi və iqtisadi maraqlarını sistemli şəkildə prioritetləşdirməyə davam edəcək".

Seçilən
81
publika.az

1Mənbələr