“Mançester Yunayted” “Bayer”inin müdafiəçisi Ceremi Frimponqu heyətinə qatmaq istəyir.
İdmanxeber.az-ın məlumatına görə, Premyer Liqa klubu futbolçu ilə yaxından maraqlanır. “Qırmızı şeytanlar” son həftələrdə 24 yaşlı futbolçunun ətrafı ilə danışıqlar aparır.
Frimponq bu mövsüm Xabi Alonsonun komandasında 40 oyunda 4 qol vurub və 11 məhsuldar ötürmə edib.