Rusiya Federal Təhlükəsizlik Xidməti Moskvanın inzibati binalarından birində törədiləcək terror aktının qarşısını alıb.
“Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, terrorist Ukrayna xüsusi xidmət orqanlarının maraqları naminə insanların toplaşdığı yerlərdə əldəqayırma partlayıcı qurğunu işə salmağı planlaşdırıb.
Saxlanılan şəxsdən taymerli ammonal əsasında hazırlanmış 5 kq-lıq istifadəyə hazır PUA, habelə Ukrayna xüsusi xidmət orqanları ilə əlaqə saxlamaq üçün istifadə edilən smartfon götürülüb.