AZ

Qara dəniz təhlükəsizliyinə nəzarət mərkəzi yarada bilər

Qərbin Qara dənizdə təhlükəsizliyə nəzarət etmək üçün çoxmillətli dəniz koordinasiya mərkəzi Bolqarıstanda yerləşə bilər.

XəzərNews.az xarici mediaya istinadən xəbər verir ki, bu təklifi martın 27-də ölkənin baş naziri Rosen Jelyazkov Parisdə keçirilən sammit zamanı səsləndirib.

Təklif davamlı dəniz müşahidəsini və potensial təhlükələr və düşmənçilik fəaliyyətləri barədə erkən xəbərdarlıq etməyi nəzərdə tutur. Bu həmçinin Qara dənizdə kritik sualtı infrastrukturun dayanıqlığının artırılmasından da bəhs edir.

Xəbər 2 dəfə oxunub.
Seçilən
60
xezernews.az

1Mənbələr