Myanmanın Mandalay şəhərində 7,7 bal gücündə zəlzələ baş verib. Zəlzələ nəticəsində çoxlu sayda ev və bina dağılıb.
Publika.az xəbər verir ki, ABŞ Geoloji Xidməti (USGS) zəlzələnin təxminən 10 kilometr dərinlikdə baş verdiyini bildirib.
Zəlzələ Tailand, Çin və Banqladeşdə də hiss olunub. Tailandın paytaxtı Banqkokda 17 milyondan çox insanın yaşadığı ərazidə siqnalizasiya sistemləri işə salınıb, vətəndaşlar mənzillərdən və otellərdən küçələrə çıxarılıb.
Hələlik zəlzələdə can itkisi qeydə alınmayıb.