“Sabah”ın futbolçusu Amin Seydiyev əməliyyat olunub.
Futbolpress.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Komandanın kapitanı Amin Seydiyev İstanbuldakı klinikalardan birində sağ adduktor əzələsinin qopması ilə bağlı əməliyyat keçirib. Əməliyyat uğurla başa çatıb.