“Transfermarkt” internet-portalı yaz yenilənməsi əsasında Almaniya Bundesliqasının ən bahalı oyunçularından ibarət siyahını açıqlayıb.
Arena.az məlumat verir ki, siyahının zirvəsində hər birinin transfer məbləği 140 milyon avro məbləğində qiymətləndirilən iki futbolçu yer alıb:
Almaniyalı hücumameylli yarımmüdafiəçilər – Leverkuzen “Bayer”inin 21 yaşlı futbolçusu Florian Virts və Münhen “Bayern”inin 22 yaşlı futbolçusu Camal Musiala.
İlk üçlüyü isə “Bayern”in 31 yaşlı ingilis ulduz mərkəz hücumçusu Harri Keyn qapayır. Keynin transfer dəyəri 90 milyon avro məbləğində qiymətləndirilr.
Almaniya Bundesliqasının ən bahalı oyunçularından ibarət siyahını təqdim edirik:
- Florian Virts (“Bayer”) – 140 milyon avro;
- Camal Musiala (“Bayern”) – 140 milyon avro;
- Harri Keyn (“Bayern”) –90 milyon avro;
- Maykl Olise (“Bayern”) – 80 milyon avro (+15 milyon avro artım ilə);
- Xavi Simons (“Leypsiq”) – 70 milyon avro (-10 milyon avro azalma ilə);
- Benyamin Şeşko (“Leypsiq”) – 65 milyon avro (+15 milyon avro artım ilə);
- Lua Openda (“Leypsiq”) – 60 milyon avro;
- Yuqo Ekitike (Frankfurt “Ayntraxt”ı) – 55 milyon avro (+15 milyon avro artım ilə).