AZ

Birinci mərhələdə Sarıcalı kəndinə 895 nəfərin köçürülməsi planlaşdırılır

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"Birinci mərhələ üzrə Ağdamın Sarıcalı kəndinə 895 nəfərin (203 ailə) köçürülməsi planlaşdırılır".
Oxu.Az "Report"a istinadən xəbər verir ki, bu barədə rayona ezam olunan media nümayəndələrinə Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin mətbuat katibi Leyla Sarabi məlumat verib.
Onun sözlərinə görə, artıq 203 fərdi ev inşa olunub:
"Evlərin 63-ü iki, 91-i üç, 45-i dörd, 4-ü isə beşotaqlıdır. Məskunlaşdırılacaq əhalinin gələcək sayı nəzərə alınaraq, kəndin salınmasının birinci mərhələsi üçün 54 hektar torpaq sahəsi ayrılıb".
Seçilən
139
6
oxu.az

6Mənbələr