Bakı. Trend:
May ayında Bakıda təşkil olunacaq minifutbol üzrə dünyaçempionatının medalları təqdim edilib.
Trendxəbər verir ki, xüsusi dizaynla hazırlanmış medalların üzərindəmundialın loqotipi həkk olunub. Medallar öz keyfiyyəti iləseçilir.
Qeyd edək ki, paytaxtımızda təşkil olunacaq dünya çempionatımayın 21-dən iyunun 1-dək keçiriləcək. Oyunlar Milli GimnastikaArenasında təşkil olunacaq.