Futbol üzrə İngiltərə Premyer Liqasının klubları qarşıdakı yay transfer pəncərəsinin vaxtı ilə bağlı yekdil razılıq əldə ediblər.
Arena.az bu barədə İngiltərə Premyer Liqasının rəsmi saytına istinadən məlumat verir:
“Transfer pəncərəsi erkən surətdə, bazar günü, iyunun 1-dən çərənbə axşamı, iyunun 10-na qədər, FIFA-nın klublararası dünya çempionatına qeydiyyat müddəti ilə əlaqədar istisna olaraq açılacaq. Ardınca pəncərə yenidən, bazar ertəsi, iyunun 16-da açılacaq, bazar ertəsi sentyabrın 1-də isə bağlanacaq”, – İPL-in rəsmi bəyanatında deyilir.
Xatırladaq ki, 2025-ci il FIFA Klub Dünya Kuboku iyunun 14-də başlayacaq, iyulun 13-də isə başa çatacaq. İngiltərəni bu mötəbər yarışda “Mançester Siti” və “Çelsi” təmsil edəcəklər.