AZ

“Oyunla bağlı rayonda ajiotaj hiss olunur”

“Qarabağ” bu gün Azərbaycan Premyer Liqasının XXVIII turunda “Turan Tovuz”la qarşılaşacaq.

Tovuz təmsilçisinin İdarə Heyətinin üzvü Yaşar Sultanov “Futbolpress.az“a açıqlamasında matçdan gözləntilərini bölüşdü:

“Bu mövsüm komandaların oyunları maraqlı olub. Bugünkü matç da istisna deyil. Maraqlı görüş keçəcək. Oyunla bağlı rayonda ajiotaj hiss olunur. Hər iki komandaya yaxşı oyun arzu edirəm. Məncə, fanatların zövq alacağı oyun olacaq”.

Tovuz şəhər stadionunda baş tutacaq görüşə saat 19:30-da start veriləcək.

Şahin Cəfərov

Seçilən
72
futbolpress.az

1Mənbələr