Ukrayna tərəfi ABŞ-dən mineral ehtiyatlar üzrə yeni saziş layihəsinin alınmasını rəsmən təsdiqləyib.
Bu barədə martın 28-də Ali Radanın deputatı Aleksiy Qonçarenko Ukrayna baş nazirinin müavini Yuliya Sviridenkonun parlamentdəki çıxışına istinadən məlumat verib.
"Sviridenko hökumətin ABŞ- dən qalıq yanacaqlarla bağlı saziş layihəsi aldığını təsdiqlədi", - deputat öz Teleqram kanalında bildirib.
O əlavə edib ki, Sviridenkonun məlumatlarına və öz məlumatlarına görə, Ukraynadan heç kim sazişin hazırlanmasında iştirak etməyib; yalnız ABŞ iştirak edib.