Hurriyyet.az TASS informasiya agentliyinə istinadla xəbər verir ki, "Al Jadeed" telekanalı İsrail dronunun Livanın patyaxtı Beyrut şəhərinin cənub kənarına xəbərdarlıq zərbəsi endirdiyini bildirib. Telekanalın məlumatına görə, şəhərin cənubundakı məhəllələrin sakinləri təlaş içərisindədirlər.
İsrailin Hərbi Hava Qüvvələrinin Pilotsuz Uçuş Aparatı Livan paytaxtının cənubundakı binalardan biriniə xəbərdarlıq zərbəsi endirib. "Al Jadeed" telekanalının məlumatına görə, İsrailin Beyruta aviazərbələr endirməyə hazırlaşdığının elan edilməsindən sonra şəhərin cənub məhəllələrində təlaş hökm sürür.
Hürr Tərcüman