AZ

UEFA “Real”ın dörd futbolçusuna qarşı intizam işi açdı

UEFA “Real”ın dörd futbolçusuna qarşı intizam işi açaraq, məsələ üzrə təhqiqat aparmağı xüsusi müfəttişinə həvalə edib.

Arena.az bu barədə UEFA-nın rəsmi sayıtna istinadən məlumat verir.

Təhqiqat mövzusu Çempionlar Liqasının 1/8 finalının “Atletko” (Madrid) və “Real” arasında keçirilmiş cavab oyununda “qaymaqlılar”ın oyunçuları – Kilian Mbappe, Vinisius Junior, Daniel Sebalyos və Antonio Rüdigerin davranışlarıdır.

Daha əvvəl kütləvi informasiya vasitələrində məlumat yayılıb ki, müvafiq şikayəti UEFA-ya “döşəkçilər” ünvanlayıblar. Vurğulanır ki, “Atletiko” düşərgəsi “Real”ın adları çəkilən futbolçularının yolverilməz davranışlarını əks etdirən dörd videoyazını qitə futbol qurumuna təqdim edib. Ələlxüsus Rüdiger və Vinisiusun “döşəkçilər”in azarkşelərini təxtibata sürükləmək üçün xoşagəlməz surətdə əl-qol atıb hoqqa çıxardığı bildirilir.

Xatırladaq ki, “Real” “Santyaqo Bernabeu”dakı 1:0 üstünlüyünü “Metropolitano”da eyni hesabla əlddən versə də, penaltilər silsiləsinə sürüklənmiş oyunda 4:2 hesablı qələbəyə sevinərək, mötəbər yarışın çərək final mərhələsinə adlayıb.

Seçilən
79
arena.az

1Mənbələr