La Liqanın 27-ci turundan "Osusuna" ilə təxirə salınan matçda zədələnən "Barselona"nın futbolçusu Dani Olmonun durumu açıqlanıb.
QOL.az klubun rəsmi saytına istinadən xəbər verir ki, sağ ayağının azələsindən zədə alan ispaniyalı yarımmüdafiəçi 3 həftə meydana çıxa bilməyəcək.
"Osasuna" ilə oyunda (3:0) qollardan birini vuran Olmo matçın 28-ci dəqiqəsində zədələnərək oyunu tərk edib.
Qeyd edək ki, 26 yaşlı futbolçu bu mövsüm "Barselona"da 28 oyuna çıxıb və 8 qol vurub.