AZ

Rusiya Ukrayna ilə "enerji atəşkəsindən" çıxa bilər

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Rusiya Ukrayna ilə "enerji atəşkəsindən" çıxa bilər.
Oxu.Az-ın "Parlamentskaya qazeta"ya istinadla verdiyi məlumata görə, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov brifinqdə bildirib.
O bəyan edib ki, Rusiya enerji infrastrukturuna hücumlar üzrə moratoriumun icra edilməməsi hüququnu özündə saxlayır.
"Rusiya tərəfi Kiyev tərəfindən bu moratoriumun pozulması halında, təbii ki, onu da yerinə yetirməmək hüququnu özündə saxlayır. Başqa cür məntiqi olmazdı", - deyə o vurğulayıb.
Peskov əlavə edib ki, Ukrayna Silahlı Qüvvələri tərəfindən moratoriumun pozulması Kiyevin ordu üzərində nəzarəti itirmə tendensiyasından xəbər verir.
Seçilən
127
50
oxu.az

10Mənbələr