Almaniya Baş Prokurorluğu “İslam Dövləti” üçün maliyyə vəsaiti toplamaqda şübhəli bilinən 4 rusiyalıya qarşı ittiham irəli sürüb.
NOCOMMENT.az xəbər verir ki, bu barədə idarənin məlumatında deyilir.
Üç nəfər ötən il iyulun 25-də, digəri isə 28 yanvar 2025-ci ildə saxlanılıb.
İstintaqın məlumatına görə, təqsirləndirilən şəxslər 2022-ci ildə cinayətkar qruplaşmaya qoşulub, onlar Almaniyada və digər Avropa ölkələrində İŞİD üçün pul toplamalı olublar.
İanələr əsasən sosial şəbəkələrdə toplanıb və vasitəçilər vasitəsilə xaricdəki qrup üzvlərinə göndərilib. Onlar ilk növbədə kürd düşərgələrində İŞİD-in qadın iştirakçıları və yaraqlıları üçün nəzərdə tutulub.
Almaniya Baş Prokurorluğunun məlumatına görə, təqsirləndirilən şəxslər İŞİD-ə 174 min avrodan çox pul almağa kömək ediblər.