ABŞ-da yaşayan ‘Puqsli Addams’ adlı pişik Ginnesin Rekordlar Kitabına düşüb.
KONKRET.az xəbər verir ki, o, “dünyanın ən uzun quyruğu olan pişik” kimi kitaba daxil olub.
Ginnesin Rekordlar Kitabı tərəfindən edilən açıqlamaya görə, Puqslinin sahibi pişiyinin quyruğunun digər pişiklərdən daha uzun olduğunu görüb və müraciət etməyi qərara alıb.
Rəsmi ölçmədən sonra Puqslinin quyruq rekordu qeydə alınıb. Puqslinin quyruğu 46,99 santimetrdir.
Aynurə İsmayıl
KONKRET.az