Qadınlardan ibarət Azərbaycan millisinin Millətlər Liqasının oyunları üçün heyəti açıqlanıb.
Qadınlardan ibarət Azərbaycan milli komandasının UEFA Millətlər Liqasının seçmə mərhələsi çərçivəsində Litva və Monteneqro yığmalarına qarşı keçiriləcək səfər oyunları üçün heyəti müəyyənləşib.
Operativ Media xəbər verir ki, millimiz martın 31-də Litvanın paytaxtı Vilnüsə yollanaraq, təlim-məşq toplanışına orada başlayacaq.
Siyasət Əsgərovun yetirmələri C Liqasının IV qrupu çərçivəsində aprelin 4-də, Bakı vaxtı ilə saat 19:30-da, Vilnüsdəki “Jalgiris” stadionunda Litva yığması ilə, aprelin 8-də, Bakı vaxtı ilə saat 20:00-da Nikşiç şəhər stadionunda Monteneqro seçməsi ilə qarşılaşacaq.
Milliyə dəvət olunan futbolçuların adlarını diqqətinizə çatdırırıq: