Avstraliyada məşhur Kendall çimərliyində pulla dolu çantalar aşkarlanıb.
Publika.az xəbər verir ki, dalğalar çantaları və yüzlərlə əskinası sahilə atıb.
Şahidlərin sözlərinə görə, insanlar kütləvi şəkildə dənizdən pulları yığmağa çalışıblar.
Hadisə yerinə gələn polis əməkdaşları ərazini mühasirəyə alıb. Pul yığılaraq bölməyə aparılıb.
Bildirilib ki, bu hadisə kriminal dəstələrin fəaliyyətinə işarə edir.
"Su yolları tez-tez narkotik və pul daşımaq üçün istifadə olunur. Bu, çox güman ki, uğursuz bir cəhdin nəticəsi idi", - deyə hadisəni şərh edən ekspert bildirib. O, cinayətkarların təhlükə hiss edərək çantaları dənizə atdığını ehtimal edib.