AZ

Yüksək Liqa: 14-cü turun oyun cədvəli açıqlandı

Futzal üzrə Azərbaycan çempionatında (Yüksək Liqa) 2024/2025-ci illər mövsümünün 14-cü turunun oyun cədvəli müəyyənləşib.

Arena.az xəbər verir ki, bu barədə Azərbaycan Futzal Federasiyasının rəsmi saytı məlumat yayıb.

Xəbərdə bildirilir ki, turun 2 oyunu aprelin 3-də “Olimpik Star”da keçiriləcək. “Şuşa” – U-19 oyunu isə qeyri-müəyyən vaxta təxirə salınıb. Buna səbəb 19 yaşadək futzalçılardan ibarət Azərbaycan millisinin Avropa çempionatının əsas mərhələsində iştirakı və komandanın Xorvatiyadan paytaxta tura yaxın dönməsidir. Yol yorğunluğunu və “Şuşa” komandasının razılığını nəzərə alan Azərbaycan Futzal Federasiyası U-19-un müraciətini müsbət cavablandırıb.

Yüksək Liqa
14-cü tur
3 aprel

Araz Naxçıvan – Neftçi İK
Bakı. “Olimpik Star”. Saat 14:00.

Baku Fire – Yasamal Bakı
Bakı. “Olimpik Star”. Saat 16:00.

Seçilən
46
1
arena.az

2Mənbələr