Kuba Xarici İşlər Nazirliyi Azərbaycanla diplomatik münasibətlərin qurulmasının 33-cü ildönümü münasibətilə təbrik ünvanlayıb.
BAKU.WS xəbər verir ki, bu barədə Kuba XİN-in rəsmi X səhifəsində paylaşım edilib.
"Xalqlarımız arasında mövcud olan tarixi dostluq bağlarına əsaslanan siyasi və iqtisadi münasibətləri bundan sonra da genişləndirməyə hazır olduğumuzu bir daha təsdiqləyirik", - paylaşımda qeyd olunub.