AZ

Ronaldu və Messi eyni klubda oynaya bilər

Portuqaliyalı ulduz futbolçu Kriştianu Ronaldu "İnter Mayami"nin futbolçusu ola bilər.

Fanat.Az xəbər verir ki, məlumatı "Goal" yayıb.

Mənbənin məlumatına görə, Amerika klubu 40 yaşlı portuqaliyalını 2025-ci ildə keçiriləcək Klublararası Dünya Çempionatı üçün transfer etməyi düşünür. Ronaldu turnir ərəfəsində "İnter Mayami"yə keçə, yarış bitdikdən sonra "Əl-Nəsr"ə qayıda bilər .

FIFA Klublararası Dünya Çempionatı 2025-ci il iyunun 14-dən iyulun 13-dək keçiriləcək.

Ronaldu bu mövsüm 33 matçda 28 qol vurub.

Mirağa

Seçilən
69
fanat.az

1Mənbələr