AZ

“Neftçi” “Araz-Naxçıvan”la oyuna 2 itki ilə çıxacaq

“Neftçi” Azərbaycan Premyer Liqasının 28-ci turu çərçivəsində qarşılaşacağı “Araz-Naxçıvan”la matçın hazırlığını yekunlaşdırıb.

Arena.az bu barədə paytaxt klubunun rəsmi saytına istinadən xəbər verir.

Xəbərdə bildirilir ki, komanda bu gün “Neftçi” Futbol Mərkəzində oyunöncəsi son məşqinə çıxıb. Bakı təmsilçisinin heyətində zədəli futbolçular var. Belə ki, Emin Mahmudov və Andrey Ştoqrin zədə səbəbindən naxçıvanlılarla görüşü buraxacaqlar.

Qeyd edək ki, martın 29-da “Neftçi Arena”da keçiriləcək Bakı və Naxçıvan təmsilçilərinin oyununa saat 16:45-də start veriləcək.

Seçilən
112
13
arena.az

10Mənbələr