Ukrayna prezidenti Vladimir Zelenski mineral sövdələşmə ilə bağlı ictimaiyyətlə əlaqə saxlamağa hazır olduğunu bildirib.
Onun sözlərini “İnterfaks-Ukrayna” yayıb.
“Əgər bizim üçün hər hansı riskli şey olarsa, təbii ki, mən bütün bunları cəmiyyətimizlə heç bir sirr olmadan danışacağam”, - deyə Ukrayna lideri bildirib.
O əlavə edib ki, ona elə gəlir ki, ukraynalılar onu yaxşı tanıyır və ondan şübhələnməyə ehtiyac yoxdur.
Bundan əvvəl Zelenski ABŞ-ın Ukraynaya daha pulsuz yardım etməyəcəyini bəyan edib. O əlavə edib ki, ABŞ-dan mümkün yeni hərbi yardım paketlərinin ödənilməsi məsələsinə baxıla bilər.