AZ

Braziliya millisinin baş məşqçisi Dorival istefaya göndərilir

Braziliya Futbol Konfederasiyası (CBF) millinin baş məşqçisi Dorival Junioru istefaya göndərməyə hazırlaşır.

90deqiqe.Az-ın "UOL" nəşrinə istinadən verdiyi xəbərə görə, rəhbərliyin Dorivalla bağlı ilk şikayətlərinin ötən ilki Amerika Kuboku zamanı yarandığı bildirilir.

Braziliya 1/4 finalda penaltilər seriyasında Uruqvaya uduzaraq medallara vəsiqə qazana bilməyib. Dünya çempionatının seçmə oyunlarında da braziliyalılar keyfiyyətli oyun nümayiş etdirməyib, 14 görüşdən 5-də uduzublar.Haledici oyun argentinalılarla olub və o, "pentakampeonlar"ın 1:4 hesablı məğlubiyyəti ilə yekunlaşıb.

Seçilən
109
20
90deqiqe.az

10Mənbələr