Əfsanəvi sovet futbolçusu Vladimir Ponomaryev Rusiyada pensiya ödənişlərinin aşağı səviyyədə olmasından şikayətlənib.
Publika.az xəbər verir ki, Ponomaryev bu barədə “Sport24”ün müxbiri Pyotr Şatrovla söhbətində deyib.
“Mən hesab edirəm ki, indiki pensiyalar ədalətsizdir. İnsanlar vətənlərinin rifahı üçün çalışıblar. 20 min rubl çox kiçik pensiyadır. İndi kommunal xərclər 5-6 mindir. Belə pensiya ilə necə yaşamaq olar? Pensiyaçılar üç dəfə çox, ən azı 60 min almalıdırlar. Bu, normal bir məbləğdir.