Ukrayna Silahlı Qüvvələri Rusiyanın Belqorod vilayətində 4 km dərinliyinə irəliləyib.
AzPost bildirir ki, bu barədə Reuters məlumat yayıb.
Agentlik rusiyalı hərbi müxbirlərinə istinadən bildirir ki, Ukrayna hərbçiləri Belqorod vilayətində yerləşir.
Analitiklərin fikrincə, əməliyyatın məqsədi Rusiya qüvvələrini Kursk vilayətində gedən döyüşlərdən yayındırmaqdır.
Finlandiyanın hərbi eksperti Emil Kastehjelmi hesab edir ki, Ukrayna qüvvələri birinci müdafiə xəttini yarmağa və 3-4 km dərinliyə nüfuz etməyə nail olublar.