AZ

Timoşenkonun müttəfiqi ölü tapılıb

Timoşenkonun

Ukraynanın Dnepropetrovsk vilayətindəki Kamenskoye şəhərinin sabiq vitse-meri, «Batkivşina» partiyasının üzvü Yuliya Timoşenkonun tərəfdaşı Aleksandr Plahotnik ölü halda tapılıb.“Ulusum”.az-ın məlumatina görə, bunu ukrayna nəşri «Strana.ua» bildirir. Məlumata görə, ölüm başına atəş açılması nəticəsində baş verib. Partiyadan da Plahotnikin ölümünü təsdiqləyiblər. Partiyanın vilayət təşkilatının üzvü Vladimir Fedorov isə politikin sifarişli qətlin qurbanı olduğunu hesab edir.«Biz bunu sifarişli qətl hesab edirik, hamımız şokdayıq, bu barədə məlumat hazırlayırıq», — deyə Fedorov bildirib.Nəşr qeyd edir ki, Plahotnikin həyat yoldaşı vilayət şurasının deputatı və partiyanın vilayət təşkilatının rəhbəridir. Həmçinin, Plahotnikin Ukrayna Ali Radasına namizəd olduğu məlumdur. Hazırda onun ölümünün bütün şərtləri müəyyənləşdirilir.

Diqqət Çəkənlər

"Mədəni Tənqid": Mədəniyyətin Dərinliklərinə Yolculuq

Myanmadakı Zəlzələ: məktəbin dağıntıları altında 5 uşağın meyiti tapılıb

İmişlidə zəlzələ olub

Seçilən
33
ulusum.az

1Mənbələr