AZ

Mirzoyev Budapeştdə liderliyini qoruyur

Azərbaycan şahmatçısı Azər Mirzoyev Macarıstanın paytaxtında keçirilən "SixDays Budapest March 2025" turnirində liderliyini qoruyur.

İdman.biz xəbər verir ki, o, qrossmeysterlərin B yarışında səkkizinci turda Sergey Sklokinlə (FIDE) heç-heçə oynayıb.

Mirzoyev altı xal toplayıb və əlavə göstəricilərdə Krişnanı (Hindistan) qabaqlayır.

Dairəvi sistem üzrə keçirilən turnirdə ümumilikdə 10 şahmatçı çıxış edir.

İdman.biz

Seçilən
71
idman.biz

1Mənbələr