Kiyev martın 28-də ABŞ-dan Ukrayna resurslarına dair sazişin sonuncu layihəsini alıb, lakin bütün sənədlər hüquqşünaslar tərəfindən təhlil edilməlidir.
XəzərNews.az GORDON nəşrinə istinadən xəbər verir ki, bunu martın 28-də keçirdiyi brifinqdə Ukrayna prezidenti Vladimir Zelenski bildirib.
Dövlət başçısı qeyd edib ki, sazişin variantları həm Ukrayna Prezidentinin Aparatı, həm də Baş nazirin birinci müavini - Ukraynanın iqtisadiyyat naziri Yuliya Svırıdenko (ABŞ-ın maliyyə naziri Skot Bessantdan) tərəfindən rəsmi şəkildə qəbul edilib.
"Mən istəyirəm ki, bizim hüquqşünaslardan ən yüksək səviyyədə konkret rəy alaq. Bu, birincidir. İkincisi odur ki, bütün bu razılaşmaları müqayisə etsinlər, onlar artıq çoxdur və mən tərəfimizin rəsmi olaraq aldığı razılaşmanı qəbul edəcəm. Format dəyişibmi? Bu formatı öyrənək, sonra danışaq", - Zelenski bildirib.
Xəbər 3 dəfə oxunub.