Zəngəzur (Sünik) vilayətinin keçmiş qubernatoru Surik Xaçatryanın oğlu Tiqran Xaçatryan 4 il 3 ay müddətinə azadlıqdan məhrum edilib.
ArmLur-a vəkil Vaaqn Keşişyan bildirib ki, Xaçatryan qanunsuz silah və sursat saxlamaqda, xuliqanlıqda və sağlamlığa orta dərəcəli xəsarət yetirməkdə ittiham olunur. Dekabrın sonunda o, həbsdən azad edilib və onun həbsi alternativ həbs-qətimkan tədbiri ilə əvəz edilib.