AZ

Fransanın müstəmləkəçilik siyasəti Fransız Polineziyası xalqlarının kimliyini və mədəniyyətini məhv edib - Viktor Maamaatuaiahutapu

Bakı. Trend:

Fransanın müstəmləkəçilik siyasəti Fransız Polineziyasıxalqlarının kimliyini və mədəniyyətini məhv edib.

Trend xəbər verirki, bunu bu gün “Tavini Huiraatira” Partiyasının baş katibi ViktorMaamaatuaiahutapu Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı iləkeçirilən "Kolonializm: Dini-Milli Kimliyin Silinməsi" adlıbeynəlxalq konfransda deyib.

Viktor Maamaatuaiahutapu vurğulayıb ki, Fransa keçmişmüstəmləkəçi dövlət kimi əsrlər boyu Fransız Polineziyası xalqınayad dəyərlər tətbiq edib, onların unikal mədəniyyətini və dinikimliyini silməyə çalışıb.

"Biz polineziyalılar elə şəraitdə yaşayırıq ki, mədəniyyətimizvə adət-ənənələrimiz arxa plana keçir. Adət və inanclarımıza məhəlqoymayaraq bizə Avropa standartları tətbiq edildi, bu da mədəniyoxsullaşmaya və şəxsiyyətimizin itirilməsinə səbəb olub", – odeyib.

Baş katib qeyd edib ki, bu vəziyyət xalqın ləyaqəti vəmüstəqillik uğrunda mübarizəsi üçün uzunmüddətli nəticələr verib.O, mədəni identikliyin və ənənələrə hörmətin bərpasının tam azadlıqvə suverenliyə nail olmaq səylərinin mühüm hissəsi olduğunubildirib.

"Bizim müstəqillik uğrunda mübarizəmiz - təkcə siyasi mübarizədeyil, həm də mədəni kimliyimizi bərpa etmək istəyidir. Bizmüstəqillik hüququmuzun tanınmasını və varlığımızın əsasını təşkiledən adət-ənənələrimizə hörmət edilməsini tələb edirik", – o əlavəedib.

Seçilən
69
1
az.trend.az

2Mənbələr