AZ

"Amerikanın səsi" Trampı uddu...- "Nyu-York Tayms" 

"Amerika administrasiyasının qərarları jurnalistlərin hüquqlarını pozur..."
 
ABŞ-nin federal hakimi J. Paul Etken Tramp administrasiyasının “Amerikanın səsi” beynəlxalq yayım kanalını ləğv etmək qərarını dayandırıb.
 
Moderator.az xəbər verir ki, bu barədə “The New York Times” məlumat yayıb.
 
Xəbərdə deyilir ki, hakim Etken bu qərarı "Amerikanın Səsi"nin jurnalistləri və onların həmkarlar ittifaqının iddiası üzrə keçirilən dinləmə zamanı verib.
 
İddia ərizəsində bildirilir ki, ABŞ administrasiyasının qərarları jurnalistlərin Konstitusiyaya Birinci Düzəlişdə nəzərdə tutulan hüquqlarını pozur.
 
Bundan başqa, "Amerikanın səsi"nin direktoru Maykl Abramovitsin də ayrıca bir iddiası məhkəmə qarşısındadır.
 
“Bu, mətbuat azadlığının və Birinci Düzəlişin (xüsusən söz və mətbuat azadlığını təmin edən ABŞ Konstitusiyasına - red.) həlledici qələbəsidir, o cümlədən demokratiyamızı müəyyən edən prinsiplərə tam etinasızlıq nümayiş etdirən administrasiyaya (Prezident Trampa - red.) kəskin iraddır”, - deyə "Amerikanın səsi"nin vəkili A.Selli bildirib.
Seçilən
53
moderator.az

1Mənbələr