Braziliya millisinin baş məşqçisi Dorival Junior qovulub.
Fanat.Az xəbər verir ki, məlumatı Braziliya Futbol Konfederasiyasının (CBF) mətbuat xidməti yayıb.
DÇ-2026-nın seçmə mərhələsində Argentinaya 1:4 hesablı məğlubiyyət sözügedən mütəxəssisin istefaya göndərilməsi ilə nəticələnib. Braziliya millisi seçmə mərhələdə 14 oyundan sonra 21 xalla 4-cü yeri tutur.
Qeyd edək ki, Dorival Junior 2024-cü il yanvarından Braziliya millisini çalışdırırdı.