HƏMAS altı gün əvvəl Qəzza zolağının cənubundakı Rəfahın Tel əl-Sultan bölgəsində İsrailin ilk yardım və mülki müdafiə qruplarını hədəf alması ilə bağlı beynəlxalq araşdırmaya çağırıb.
"Cebheinfo.az" xəbər verir ki, HƏMAS verdiyi yazılı açıqlamada mülki müdafiə və Fələstin Qızıl Aypara qrupları ilə əlaqə saxladıqdan günlər sonra qumda basdırılmış bəzi cəsədlərin tapılmasının "dəhşətli cinayət" olduğunu vurğulayıb.
Qeyd olunub ki, İsrail ordusunun mülki müdafiə qruplarını hədəfə alması beynəlxalq hüququn açıq şəkildə pozulması və bütün humanitar saziş və konvensiyalara, beynəlxalq sistemin əsaslandığı dəyər və əsaslara məhəl qoymamaqdır.